İdman

Zabit Səmədov karyerasını qələbə ilə bitirdi

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

İdmanxeber.az xəbər verir ki,  o, son görüşündə braziliyalı sabiq UFC idmançısı Antonio Silva ilə qarşılaşıb. “Mauqli” ləqəbli idmançı rəqibini 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43