Kateqoriyasız

Rəşad Sadıqov: “Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VI turunda “Səbail” üzərində səfər qələbəsini (2:1) şərh edib.

İdmanxeber.az xəbər verir ki, o, mtçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini gözləyirdik. 3 xal çox vacib idi. Komanda qələbə üçün əlindən gələni etdi. Qırılma anları var idi, rəqib də fərqlənə bilərdi, biz də. Hesabı saxlaya bildik. Futbolçularımı təbrik edirəm. “Qarabağ”la növbəti tur oyununa hazırlaşacağıq”.

Sadıqov hakim tərəfindən sarı vərəqə almasına da müraciət bildirib:

“Hakimlərin mənə sarı verməkdən xoşu gəlir. Yüngül etiraz olan kimi sarı vərəqə verirlər. Olsun, öyrəşmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43