İdman

Zaur Svanadze: “Cəfəng qollar buraxdıq”

“İnter” Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində səfərdə Lüksenburqun “Fola” klubuna 1 – 4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib.

“Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı. Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43