04 İyul 2026
Ölkə futbolu

“Zirə” – “Hayduk” oyununu yunanıstanlı hakimlər idarə edəcək

“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində evdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 23-də Bakıda baş tutacaq “Zirə” – “Hayduk”oyununu yunanıstanlı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Xristos Vergetisə yan xətt hakimləri Andreas Fotopoulos və Konstantinos Staikos köməklik edəcək.

Dördüncü hakim isə Anastasios Papapetrou olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43