22 İyun 2026
Ölkə futbolu

“Zirə” – “Hayduk” oyununun biletləri bu gün satışa çıxarılır

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün satışa çıxarılır.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər satışa çıxarılan biletləri saat 15:00-dan etibarən əldə edə biləcəklər. 

Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.

Satış məntəqələri: Zirə İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassaları.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43