Kateqoriyasız

“Zirə” Rumıniya klubuna qalib gəldi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşıb. Görüş Zaur Həşimovun komandasının qələbəsi ilə başa çatıb -2:0.

Qeyd edək ki, “Zirə” ilk görüşündə Türkiyə “Ümraniyespor”una 0:3 hesabı ilə uduzub.

16 yanvar

“Zirə” – “Sepsi” (Rumıniya)
Qollar: Riçard Qadze, 1, 8.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43