03 İyul 2026
Ölkə futbolu

“Zirə”nin rəqibi 3 futbolçu ilə müqavilə imzaladı

“Zirə”nin Konfrans Liqasındakı rəqibi Xorvatiyanın “Hayduk” klubu üç futbolçu ilə müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 19 yaşlı müdaifəçi Dominik Babiç və Duje Milişiçlə 3, hücumameyilli yarımmüdaifəçi Lovre Lonçarla 2 illik sözləşmə imzalayıb.

Xatırladaq ki, Xorvatiya təmsilçisi “Zirə”nin Konfrans Liqasının II turundakı rəqibidir. Tərəflər arasında ilk matç iyulun 24-də Azərbaycanda, cavab qarşılaşması isə 31-də  Split şəhərində keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43