“Monako”nun futbolçusu Bernardo Silvanın “Mançester Siti”yə keçidi rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Onun transferi “şəhərlilər”ə 69 milyon avroya başa gəlib.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 58 matçda 11 qol vurub, 10 qolun ötürməsini verib.