Almaniya millisində növbəti itki baş verib.
İdmanxeber.com-un məlumatına görə, hücumçu Timo Verner komandadan uzaqlaşdırılıb.
Buna səbəb gənc forvardın Çempionlar Liqasının qrup mərhələsində “Beşiktaş”la səfər matçında xəsarət alması göstərilib. Belə ki, “Leypsiq”in 0:2 hesabı ilə məğlub olduğu görüşdə azarkeşlərin səsindən qulağı batan və boyun əzələsində ağrılar hiss edən Verner Bundesliqanın ötən turunda “Köln”lə matçı buraxmışdı.
Qeyd edək ki, oktyabrın 5-də Belfastda Şimali İrlandiyanın qonağı olacaq Almaniya yığması bundan 3 gün sonra Kayzerslauterndə millimizi qəbul edəcək.