21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Monteneqro matçı azərbaycanlı hakimlərə həvalə edilib.
Matçı FIFA referisi Rəhim Həsənov idarə edəcək. Ona Elşən Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Nəsiyev yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru erməni Qevorq Hovhannisyan olacaq. Ukraynalı Yuri Barbaş UEFA nümayəndəsi kimi təyinat alıb.
Almatıda keçiriləcək qarşılaşma sentyabrın 3-ü baş tutacaq.