“Real” Kərim Benzemanın alternativini tapıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik fransalı futbolçu yayda komandadan ayrılsa, onun əvəzinə Harri Keyni transfer etməyə cəhd edəcək. Karlo Ançelotti israrla ingiltərəli futbolçunun alınmasını tələb edib.
Hətta bu səbəbdən o, Benzemanın ayrılmasına mane olmayacaq.
Keyn bu mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun dəyərinin 90 milyon avro olduğu bildirilir.