Dünya futbolu

“Bavariya” onun üçün 100 milyon ödəməyə hazırdı

 “Bavariya”nın “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etməkdə maraqlı olduğu iddia edilir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu oyunçu üçün 100 milyon avro ödəməyə hazırddır. Rays artıq “Bavariya”nın baş məşqçisi Tomas Tuxellə telefonla danışıb və Bundesliqaya keçməyə hazır olduğunu bildirib.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43