İdman

AFFA rəsmisi AÇ-nin oyunlarına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, o, martın 27-dən aprelin 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43