İdman

Antonio Konte müqavilə imzalayacaq

Antonio Konte “Çelsi” ilə yeni müqavilə bağlayacaq.

Idmanxeber.com xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərini razılaşdırıblar. “Çelsi”nin Premyer Liqada uğurlu çıxış etməsindən sonra rəhbərlik italyan mütəxəssislə müqaviləni uzatmaq istəyirdi.

Razılaşmaya görə, Konte 2020-ci ilin yayına qədər “Çelsi”də qalacaq. Onun qüvvədə olan müqaviləsi 2019-cu ilə qədər nəzərdə tutulmuşdu.

47 yaşlı mütəxəssis “Çelsi”yə 2016-cı ilin yayından başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43