Kateqoriyasız

“Aqressiv futbol sərgiləyə bilmədik”

Topaz Premyer Liqasının XV turunda AZAL səfərdə “İnter”ə 0-1 hesabı ilə uduzdu.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Rəqibi təbrik edirəm. Son oyunlarda komandamız yaxşı çıxış edirdi. Biz son 5 turda çox qol vurur, çox da qol buraxırdıq. Bugün isə hücumda kəsərli ola bilmədik. Oyunda qələbə qazana bilərdik. Amma şanslardan istifadə olunmadı. Matçdan razı qalmadım. Çünki aqressiv futbol sərgiləyə bilmədik. Ola bilər ki, futbolçularda müəyyən arxayınlıq yaranıb. Bunu araşdıracağıq. Stadionda fanat az idi. Ümid edirəm ki, qarşıdakı vaxtlarda oyunlarımıza maraq artar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43