Dünya futbolu

Avro-2020-də pley-off mərhələsinin püşkü atıldı

Bu gün Avro-2020-nin pley-off mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komanda iştirak edib.

Bu komandalar arasında 5 cütlük artıq müəyyənləşmişdi. Bu gün isə digər 3 cütlük bəlli olub.

Qeyd edək ki, bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A yolu

İslandiya – Rumıniya

Bolqarıstan – Macarıstan

B yolu

Bosniya və Herseqovina – Şimali İrlandiya

Slovakiya – İrlandiya

C yolu

Şotlandiya – İsrail

Norveç – Serbiya

D yolu

Gürcüstan – Belarus

Şimali Makedoniya – Kosovo


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43