Ölkə futbolu

“Bakı” “Barselona” ilə qarşılaşa bilər

Mayda Rusiya, Ukrayna, Belarus, İspaniya, Türkiyə və ölkəmizin ən güclü klublarının iştirakı ilə Kiyev-Rus Kuboku start götürəcək.

Bu yarışda bizi “Bakı” təmsil edəcək. Həmçinin, “Kristal” (Sankt-Peterburq), “Rotor Volqoqrad” (hər ikisi Rusiya), “Kiyev”, “Sevastopol” (hər ikisi Ukrayna), BATE (Belarus), “Barselona” (İspaniya), “Beşiktaş” (Türkiyə)  kimi klublar yarışda mübarizə aparacaq.

Kubokun may-iyun mərhələsinin Bakı, Kiyev və Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43