Dünya futbolu

“Barselona” Yaponiya klubuna qəlib gəldi

“Barselona” yoldaşlıq görüşündə Yaponiyanın “Vissel Kobe” klubu ilə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, oyun Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Barsa”nın qollarını Frank Kesiye və Erik Qarsiya vurub. 

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andreas İnyesta “Vissel Kobe”də çıxış edir. 39 yaşlı ispaniyalı 80 dəqiqə meydanda olub, sonra əvəzlənib.

Daha əvvəl İnyestanın komandadan ayrılacağı bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43