Dünya futbolu

“Barselona”da yeni mövsümdə kim hansı formanı geyəcək ? – FOTO

“Barselona”nın futbolçularının yeni mövsüm üçün forma nömrələri müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun “Vilyareal”dan geri aldığı Denis Suares klubun sabiq futbolçusu Dani Alveşin geyindiyi 6 nömrəni seçib.

Komandanın yeni transferi Samyue Yumtiti isə 23 nömrəli forma ilə çıxış edəcək.  Bu forma bundan əvvəl klubun “Roma”ya icarəyə göndərdiyi Tomas Vermalenə məxsus idi.

Digər oyunçuların forma nömrəsində dəyişiklik olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43