Dünyadan

“Barselona”dan iki transfer birdən – RƏSMİ

“Barselona”da yeni baş məşqçinin kimliyi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun boş qalmış məşqçi postuna Luis Enrike gətirilib.

Bir gün öncə “Selta”dan istefa verən çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. 

Bundan əlavə “Barselona”nın saytında “Borussiya Menxenqladbax”ın 22 yaşlı qapıçısı Ters Şteqenlə də müqavilə imzaladığı bildirilir. Lakin müqavilənin detalları haqda hələ ki, heç bir məlumat verilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43