Ölkə futbolu

Bolqarıstan millisinin hücumçusu Azərbaycan yolunda

Bolqarıstan mətbuatı daha bir maraqlı iddia ortaya atıb.

Məlumata görə, bu ölkənin “Levski” klubunun forvardı Çvetan Genkov karyerasını Azərbaycanda davam etdirə bilər. Təcrübəli hüçumçu yanvar ayında klublarımızdan birinin düşərgəsinə qoşulacaq. Həmin komandanın adı açıqlanmır.

Qeyd edək ki, Genkov Bolqarıstan millisinin də üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43