Dünyadan

“Çelsi”nin müdafiəçisi “Zenit”də

“Çelsi”nin serbiyalı müdafiəçisi Branislav İvanoviç yaxın günlərdə “Zenit”lə müqavilə imzalayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 32 yaşlı futbolçu “Zenit”lə 2.5 illik müqavilə imzalayacaq. Komanda futbolçuya illik 5 milyon avro maaş təklif edib.

Xatırladaq ki, serbiyalı futbolçu cari mövsüm “Çelsi”nin heyətində PL-da 13 matçda toplam 45 dəqiqə iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43