Dünya futbolu

Dünyanın ən bahalı transferi gerçəkləşdi – RƏSMİ

“Yuventus”un fransız futbolçusu Pol Poqbanın “Mançester Yunayted” klubunu keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”la 5 illik müqaviləyə qol çəkib.

İngiltərə klubu bunun qarşılığında turinlilərə 105 milyon avro ödəyəcək.

Xatırladaq ki, 2011-12-ci illərdə “Mançester Yuanyted”də top qovan 23 yaşlı yarımmüdafiəçi daha sonra Turin klubuna heç bir ödəniş edilmədən transfer olunmuşdu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43