Ölkə futbolu

Elikonun vəkili danışdı: “Hələ ki, hökm oxunmayıb”

Məhkəmə qalmaqallı “Xəzər Lənkəran”- “Neftçi” matçından ( 25 avqust 2013-cü il) sonra tutulan 7 azarkeşin taleyinə aydınlıq gətirib.

Elman Tağıyev (Eliko) və digər 2 nəfər məhkəminin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Elikonun vəkili Əliheydər  Hüseynovun “Qafqazinfo”ya verdiyi məlumata görə, dünən keçirilən məhkəmə iclasında 3 nəfər azarkeş haqqında 3 il müddətinə həbs qərarı verilib. Vəkil bu qərarla razılaşmayacaqlarını və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyib:

“Müvvəkilimlə yanaşı, digər iki nəfərə 3 il həbs verdilər. Ancaq biz öz şikayətimizi bildirəcəyik və Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”

Məhkəmə  “Neftçi” azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb . Vəkilin sözlərinə əsasən, həmin 4 nəfər islah işlərinə cəlb oluna bilər.

Qeyd edək ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran”- “Neftçi” matçında azarkeşlər arasında qalmaqal yaşanmış və 7 nəfər azarkeş təqsirkar bilinərək tutulmuşdu.(qafqazinfo.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43