Ölkə futbolu

Hakimi döyən baş məşqçi 1 illik cəzalandı – Azərbaycanda

AFFA U-15 liqasında mübarizə aparan “Xilə” komandasının baş məşqçisi Əsəd Kərimovu futboldan kənarlaşdırıb.

Buna səbəb  baş məşqçinin U-15 liqasının “Keşlə” ilə oyunundan sonra hakimlər briqadasının otağına daxil olaraq, əvvəlcə onları təhqir etməsi və  döyməsi  olub.

Məşqçi hakimlərə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43