Dünya futbolu

Honda “Milan”dan ayrıldı

“Milan”ın yarımmüdafiəçisi Keysuk Honda komandadan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə futbolçu özü məlumat verib. Klubdan ayrılması ilə bağlı danışan futbolçu azarkeşlərə təşəkkür edib.

“Bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Çətin keçən 3 il yarım mənə çox şey öyrətdi, bir şəxs kimi inkişaf etməyimə kömək oldu.

Mən artıq “Milan”ı tərk edirəm. Amma ümid edirəm ki, tezliklə görüşərik.

Kim bilir, bəlkə də mənimlə futbolçu kimi görüşməyəcəksiniz. Bunu hələ heç kim bilmir”, – deyə yapon futbolçu bildirib.

Qeyd edək ki, 2014-cü ildən “Milan”ın şərəfini qoruyan futbolçu bütün yarışlar daxil olmaqla 90 oyun keçirib və 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43