Dünya futbolu

Konfederasiyalar kubokunun ən yaxşıları seçildi

Konfederasiyalar kuboku – 2017-nin ən yaxşı futbolçuları müəyyənləşib.

Turnirin ən yaxşı oyunçusu Almaniya millisinin kapitanı Yulian Draksler olub. Ona  “Qızıl top” təqdim edilib. Konfederasiyalar kubokunda bütün matçlarda meydana çıxan Draksler 1 qol vurub, 1 qolun ötürməsini verib.

Turnirin ən yaxşı bombardiri isə Almaniya millisinin Timo Verner olub. 3 qol vuran 21 yaşlı hücumçuya “Qızıl buts” təqdim edilib.

Konfederasiyalar Kubokunun ən yaxşı qapıçısı isə Çilinin qolkiperi Klaudio Bravo seçilib. Yarımfinalda Portuqaliya ilə oyundan sonrakı penalti seriyasında ardıcıl 3 zərbəni qaytararaq komandasını finala çıxaran K.Bravoya “Qızıl əlcək” verilib.

Qeyd edək ki, Konfederasiyalar kubokunun qalibi Almaniya olub. Bundestim həlledici matçda Çilini 1:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43