Dünyadan

Madrid “Real”ından FANTASTİK təklif – 7 illik müqavilə

 

Uels yığmasının futbolçusu Qəret Beyl hazırki komandası Madrid "Real"ından möhtəşəm təklif alıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "Daily Mail" məlumat verib.

Mənbədə deyilir ki, Beyl daha 7 il Madriddə qala bilər. Belə ki, "kral klubu" britaniyalı futbolçuya dünyanın ən yüksək məvacibli 7 illik müddəti olan saziş təklif edəcək. Bununla da, futbol tarixində yeni rekord gerçəkləşə bilər.

Xatırladaq ki, Beyl hazırda Fransada keçirilən Avropa çempionatının ən yaxşı bombardirlərindən biridi. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43