Dünya futbolu

Mourinyo “İnter”ə qayıdır

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo yenidən “İnter”i çalışdıra bilər.

Spalettinin işindən narazı olan klub rəhbərliyi yenidən portuqaliyalı mütəxəssisi gündəminə alıb. İtaliya mətbuatı bu gün klubun baş direktoru Cüzeppe  Marottonun Mourinyo ilə görüşəcəyini yazıb. Görüş zamanı Mourinyonun Milan təmsilçisinə qayıdıb-qayıtmayacağı müzakirə olunacaq.

Mourinyo 2008-2010-cü illərdə “İnter”i çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43