l Divizion

PFL martayının ən yaxşı qolunun müəllifini mükafatlandırdı

Bu gün Azərbayca 1-ci divizionunun 24-cü turunda “Zaqatala” doğma meydanda “Səbail”i qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, matçdan mart ayının ən yaxşı qolunun müəllifi olan “Səbail”in futbolçusu Orxan Qurbanlı PFL tərəfindən mükafatlandırılıb. Ona mükafatı PFL-in Texniki Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.

Qeyd edək ki, PFL-in I divizion klubarı arasında keçirdiyi layihədə hər ay ən yaxşı qolun müəllifi 500 AZN dəyərində pul mükafatı qazanır. Ən yaxşı qol jurnalistlər və azarkeşlər arasında keçirilən sorğuda seçilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43