İdman

Qurban Qurbanov Elvini bağışladı

Millimizin Belarusla oynadığı yoldaşlıq görüşündən əvvəl nizam-intizam qaydalarını pozduğu üçün yığma komandamızın “18”liyindən çıxarılan və “Qarabağ”ın əsas heyətindən “dubl”a göndərilən Elvin Yunuszadə bağışlanıb.

Ağdam təmsilçisinin düşərgəsindən İdmanxeber.com-a verilən məlumata görə, Elvin Yunuszadə və baş məşqçi Qurban Qurbanov arasında görüş olub. Tərəflərin məlum mövzunu müzakirə etməsindən sonra  Qurbanov müdafiəçinin əsas komandaya qaytarmağa razı olub.

Qeyd edək ki, Elvin Yunuszadə 2 gün öncə “köhlən atlar”ın məşqində iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43