Ölkə futbolu

Rəşad Sadiqov: “O qədər görmüşük ki, ilk oyunda böyükhesablı qələbə qazanan komanda…”

 

"Zirə"nin təcrübəli yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə qarşılaşdıqları "Astra" görüşü haqda danışıb. 

İdmanxeber.com-a açıqlamasında Sadiqov ilk oyunun olduqca ağır keçdiyini bildirdi: "Astra" çox yaxşı komandadı. Təsadüfü deyil ki, ötən mövsüm Avroliqada 1/16 final mərhələsinə qədər irəliləyə biliblər. Bizim uşaqlar da pis təsir bağışlamırdılar. Buna baxmayaraq standart vəziyyətdən 2 qol buraxdıq. Heç-heçə hesabını qoruyub saxlaya bilməməyimizə səbəb təcrübəsizlik oldu".

İlk görüşdə qeydə alınan məğlubiyyətə baxmayaraq komandada yüksək əhval ruhiyyənin hökm sürdüyünü bildirən Rəşad qələbə qazanacaqlarına ümid etdiklərini sözlərinmə əlavə etdi: " Uşaqlar həqiqətən qələbəyə inanırlar. Baxmayaraq ki, rəqib güclüdü ancaq niyə də qələbə qazanmayaq? Düşünürəm ki, 2 cavabsız qolla qalib gələ bilərik. O qədər görmüşük ki, ilk oyunda böyükhesablı qələbə qazanan komanda cavab matçında uduzub, mərhələni adlaya bilməyib. Bununla belə mərhələni adlaya bilməsək, bu faciə sayılmayacaq. Çünki rəqibin təcrübəsi bizdən artıqdı".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43