Ölkə futbolu

“Sabah” Türkiyə klubu ilə qarşılaşacaq

Antalyanın Lara bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” yanvarın 12-də toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, rəqib Türkiyənin birinci liqa təmsilçisi “Eskişehirspor” olacaq. Görüş yerli vaxtla saat 15:30-da, “Titanik” otelinin stadionunda keçiriləcək.

Xatırladaq ki, “Sabah” yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulub. Rəqib barədə tezliklə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43