Ölkə futbolu Premyer Liqa

“Sabah”da ciddi itkilər: Onlar “Zirə” ilə oyunda olmayacaq

Premyer Liqanın XII turu çərçivəsində “Zierə”ni qəbul edəcək “Sabah” bu matça ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a bildirib ki, ötən gün “Neftçi” ilə matçda sarı kart alan müdafiəçi Sofian Çakla və yarımmüdafiəçi Elvin Camalov cəzalı duruma düşüb. Hər iki futbolçu cari mövsümdə 4-cü sarı vərəqələrini almaqla “Zirə” ilə oyunda iştirak etmək hüququnu itirib. 

Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü noyabrın 5-də keçiriləcək və saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43