Ölkə futbolu

Şeydayevə görə AFFA FİFA-ya müraciət etdi – RƏSMİ

Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.

İdmanxeber.com-un məlumatına görə, R.Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.

FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək.



mənbə: affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43