Ölkə futbolu

“Simurq” ilk transferini reallaşdırdı

Növbəti mövsümün transfer çalışmalarına start verən “Simurq” artıq ilk keçidi rəsmiləşdirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda yarımmüdafiəçi Samir Zərgərovla müqavilə imzalayıb.

27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün çalışacaq. Samir “Simurq”un heyətində “6” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Samir Zərgərov karyerası ərzində “Standart”, “Kəpəz” və “İnter” klublarının formasını geyinib. O, son üç mövsümü “bankirlər”in heyətində keçirdib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43