Dünyadan

ŞOK! İtaliya nəhəngi dağılır

İtaliyanın köklü klublarından olan “Parma” çətin dönəmlərindən birini keçirir.

İdmanxeber.com-un məlumatına görə, dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Ciddi maliyyə problemi ilə üzləşən komandanın A seriyasından xaric olunacağı haqda martın 19-da rəsmi qərar veriləcək.

Hətta sözügedən komandanın “Udineze” ilə bugün keçirməli olduğu oyunu da təxirə slaınıb.

Vəziyyət hətta o həddə çatıb ki, “Parma”nın büdcəsində 40 min avro qalıb. Futbolçular və klubun digər əməkdaşları 8 aydı maaş ala bilmirlər.

Qeyd edək ki, “Parma” bir zamanlar İtaliya və Avropa futbolunun nəhənglərindən sayılıb. Bu klub İtaliya çempionu ola bilməsə də, Avropada böyük uğurlar əldə edib. Komanda iki dəfə UEFA kuboku (1995, 1999), bir dəfə Kuboklar kuboku (1993), bir dəfə isə UEFA superkubunun (1993) qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43