Premyer Liqa

“Sumqayıt” tilsimi qıra biləcəkmi?

Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Çempionatın 14-cü turunda növbəti 5 qarşılaşma baş tutacaq. Bu dəfə turun görüşləri 3 gün ərzində keçiriləcək. Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.

68. “Sumqayıt” (Sumqayıt) – “Simurq” (Zaqatala)

+0=0-7, top fərqi 3-11

“Sumqayıt” tarixi ərzində “Simurq”dan xal ala bilməyib. Əvvəlki 7 qarşılaşmanın hamısında qalib gələn Zaqatala təmsilçisi səfər oyunlarında minimal fərqlə qalib gəlib.

24.09.2011 Sumqayıt Şəhər – Simurq (Zaqatala) 0:1

19.11.2011 Simurq (Zaqatala) – Sumqayıt Şəhər 1:0

25.03.2012 Sumqayıt Şəhər – Simurq (Zaqatala) 1:2

21.04.2012 Simurq (Zaqatala) – Sumqayıt Şəhər 2:1

04.10.2012 Simurq (Zaqatala) – Sumqayıt 1:0

02.12.2012 Sumqayıt – Simurq (Zaqatala) 0:1

15.09.2013 Simurq (Zaqatala) – Sumqayıt 3:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43