İdman

Tərlan Əhmədov: “Neftçi”də oynamaq istəyən çox futbolçu var, Mirhüseyn mənim transfer siyahımda olmayıb”

“Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq, sona qədər dəstək oldular”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçı sonrası qonaqların baş məşqçisi Tərlan Əhmədov deyib. Məğlub olduqları üçün üzgünlüyünü ifadə edən  çalışdırıcı, qarşıdakı matçlara baxacaqlarını söyləyib.

“İki fərqli hissə izlədik. İlk hissə qarşılıqlı hücumlar şəraitində maçt oldu. Fasilədən sonra isə tam oalraq öz oyunumuzu sərgiləyə bilmədik. 

– Anton Krivotsyuk standart vəziyyətlər zamanı rəqibin cərimə meydançasına daxil olmurdu…
– “Qarabağ”ın çox yaxşı əks hücumları var. Bu səbəbdən onu arxada saxlayırdıq ki, rəqibin hücumlarının qarşısını alaq.
– Mirhüseyn Seyidov və Nizami Hacıyev bu gün İntizam Komitəsinin qərarı sonrası futboldan ömürlük uzaqlaşdırıldı. Mirhüseyn Seyidov isə verdiyi mümsahibəsində “Neftçi”yə qarşı bilərəkdən oynamadığını bildirib…
– Çox maraqlı sualdı. Burda iki insanın taleyindən söhbət gedir. İntizam Komitəsinin çıxardığı qərara hörmətlə yanaşırıq. Mirhüseyinin o açıqlamanı verməsi mənə də maraqlıdı. Ümumiyyətlə isə bu futbolçu mənim transfer siyahımda yer almayıb. Bəli, Nizamini heyətimizə qatamaq istəyirdik. Ancaq niyə bu qərar qəbul olunub, onu mən də deyə bilməyəcəm. 
– Mirhüseyn Seyidovun bilərəkdən “Neftçi”yə qarşı oynamamsına inanırsız?
– Məni tanıyan tanıyır. Heç vaxt belə işlərlə məşğul olmamışam. O ki, qaldı “Keşlə”yə qarşı 5-6 oyunun şübhəli olmasına. İnanırıq ki, hüquq mühafizə orqanları bu işə baxar, ədaələtli yanaşar. Bu gün “Neftçi”də oynamaq istəyən çox futbolçu var. Biz bir çox futbolçu ilə danışıqlar apara bilərik. O demək deyil ki, həmin futbolçular “Neftçi”yə qarşı zəif oynasınlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43