Kateqoriyasız

“Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi” – Samir Əliyev

“Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Rəvan”a qalib gəldikləri (3:1) matçdan sonra deyib.

Paytaxt klubunun çalışdırıcısı oyunu şərh edərək, qarşıdkaı turda üz-üzə gələcəkləri “Xəzər Lənkəran”la oyuna da toxunub:

“İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə aldıqdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq.

Həmin oyun derbidir, amma bizim üçün komandanın fərqi yoxdur. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43