Kateqoriyasız

“Xəzər Lənkəran”dan Prosineçkiyə təbrik

“Xəzər Lənkəran” Futbol Klubu və komandanın baş məşqçisi Oğuz Çətin Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunması münasibətilə təbrik edib. 

İdmanxeber.com-un məlumatına görə, türkiyəli çalışdırıcı xorvat mütəxəssisə yeni vəzifəsində uğurlar və nailiyyətlər diləyib, onunla işbirliyinin milli komandaya və bütövlükdə Azərbaycan futboluna tövhə verəcəyinə əminiliyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43