“Əl Hilal” PSJ-nin oyunçusu Marko Verrattini transfer etmək üçün danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 30 yaşlı italiyalıya illik 25 milyon avro maaşla 2026-cı ilə qədər müqavilə təklif edib.
Verratti 2012-ci ilin iyulundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə futbolçu parislilərin heyətində bütün yarışlarda 38 matçda 1 məhsuldar ötürmə edib.

