“Əl Hilal “Yuventus”un baş məşqçisi Massimiliano Alleqriyə yeni bir təklif göndərib.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu Alleqriyə illik 30 milyon avro maaşla 3 illik müqavilə təklif edir. Bundan əlavə, o, “Əl Hilal”a rəhbərlik etməyə razılaşarsa, 10 milyon avroluq imza bonusu ala bilər.
Daha əvvəl Alleqrinin “Əl Hilal”ın ilk təklifini rədd etdiyi bildirilirdi.

