“Əl-Hilal” Nikolo Zaniolonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ərəblər oyunçuya ilinə 30 milyon avro, “Qalatasaray”a isə bu transfer üçün 35 milyon ödəməyə hazırdı.
Zaniolo İstanbul təmsilçisinə bu ilin fevralında qoşulub. O, yarım mövsümdə 11 oyuna çıxıb və 5 qol vurmağı bacarıb.

