04 İyul 2026
Dünya futbolu

Mutu braziliyalı futbolçunu “Neftçi”yə gətirmək istəyir

Rumıniya CFR-ində çıxış edən Yuri Matias karyerasını “Neftçi”də davam etdirə bilər.

İdmanxeber.az “Prosport.ro” saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Adrian Mutu onun heyətə cəlb edilməsini istəyib. 

“Ağ-qaralar”ın bunun üçün danışıqlara start verdiyi də bildirilib. CFR-in braziliyalı oyunçu üçün 500 min avro istədiyi də iddia olunur.

Qeyd edək ki, “Neftçi” ötən gün Adrian Mutu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43