04 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın yeni transferi İstanbula gəlir

Anxelino bu gün İstanbula gəlib “Qalatasaray” üçün tibbi baxışdan keçəcək.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Leypsiq”lə ispaniyalı sol cinah müdafiəçisi üçün bütün məsələlərdə razılığa gəlib. “Sarı-qırmızılar” bu transferi 2 milyon avro icarə haqqı və 6 milyon avroluq satın alma bəndi ilə bitirəcək.

Anxelino son mövsümü icarə əsasında “Hoffenhaym”da keçirib. Burada 35 oyuna çıxıb, 1 qol vurub və 12 asist etməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43