“Aston Villa”nın hücumçusu Filipp Koutinyo klubu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı braziliyalı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttifaq”dan təklif alıb. Ona 3 illik müqavilə önərilib.
Ötən mövsüm Koutinyo Premyer Liqada 22 oyun keçirib və bir qol vurub. Onun təkliflə bağlı yaxın günlərdə konkret cavab verəcəyi bildirilir.
Xatırladaq ki, “Əl İttifaq” klubunun baş məşqçisi Steven Cerrard təyin edilib.

