“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az “Sky Sport”a istinadən xəbər verir ki, “Əh Hilal” klubu oyunçu üçün qarşı tərəfə 140 milyon avro verməyə hazırdı. Mənbə yazır ki, ərəblər nigeriyalı forvarda həftəlik 1 milyon avro maaş təklif edib.
“Napoli”nin prezidenti Aurelio de Laurentis oyunçuya fantastik bir təklif gələcəyi təqdirdə, satmağa hazır olduqlarını bildirib.
Osimhen ötən mövsüm Neapol təmsilçisinin çempionluğunda ən böyük pay sahiblərdindən biridi. O, 32 çempionat görüşündə 26 qol vurmuşdu.

