İdman

19 yaşlı idmançı Türkiyədə intihar etdi

İtaliyanın “Igor Gorgonzola Novara” voleybol komandasının üzvü Julia Ituma intihar edib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının “Eczacıbaşı Dynavit” ilə oyunu üçün Türkiyəyə gələn 19 yaşlı voleybolçu qaldığı otelin önündə ölü tapılıb. Onun qaldığı otelin 6-cı mərtəbəsindən özünü yerə atdığı bildirilir.

Türkiyə polisi məsələylə bağlı araşdırmaya başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43