Con Toşakın istəyi ilə “Xəzər Lənkəran”dan göndərilən Marin Orsuliçin yeni iş yeri məlum olub.
Bu barədə idmanxeber.com-a ucaboy futbolçu məlumat verib.
Orsuliç Xorvatiyanın “Zadar” klubu ilə müqavilə imzaladığını deyir:
“İki gün öncə “Zadar”la müqavilə imzaladım. “Xəzər Lənkəran”dan sənədlərimin gəlməsini gözləyirəm. “Xəzər Lənkəran” mənə hər hansı probelm yaratmır. Hər şey qaydasındadı. Sadəcə kağızlarım vaxtında gəlsə “Dinamo”ya (Zaqreb) qarşı oynaya bilərəm”.